AREA

Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Görünüş

“AZURE” layihəsinin icrası müzakirə olunub

Bərpa olunan enerji mənbələrinin şəbəkəyə inteqrasiyasının təmin edilməsi məqsədilə ötürücü şəbəkənin gücləndirilməsi, Hacıqabul rayonunda 500/330 kV-luq Nəvahi yarımstansiyasının və enerji sistemi ilə əlaqələndirilməsi üçün elektrik verilişi xətlərinin tikintisi, “Masdar” şirkəti tərəfindən həyata keçiriləcək 1 QVt gücündə günəş və külək stansiyalarının ötürücü şəbəkəyə qoşulması layihəsi"nin (AZURE) icrası" ilə bağlı İşçi qrupun ilk iclası keçirilib. 

Energetika nazirinin müavini, İşçi qrupunun rəhbəri Samir Vəliyevin sədrliyi, Dünya Bankının energetika üzrə böyük mütəxəssisi, Tapşırıq qrupunun rəhbəri Rocer Koma Kunil, ötürücü şəbəkələr üzrə mühəndisi Teona Elizaraşvili və işçi qrupunun digər nümayəndələrinin iştirakı ilə hibrid formatda keçirilən iclasda külək və günəş elektrik stansiyalarının inteqrasiyası məqsədilə ötürücü şəbəkənin təkmilləşdirilməsindən irəli gələn məsələlər müzakirə edilib. Eyni zamanda, “AZURE” layihəsinin icra vəziyyəti və maliyyələşdirmə imkanları nəzərdən keçirilib. “Azərenerji” ASC-nin Beynəlxalq maliyyə qurumları ilə iş şöbəsinin rəisi Yusif Qayıbov layihənin cari vəziyyəti və atılacaq addımlar barədə iclas iştirakçılarını məlumatlandırıb.

Qeyd edək ki, İşçi qrup Energetika Nazirliyi, nazirliyin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi, nazirlik yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, Maliyyə Nazirliyi və Dünya Bankının nümayəndələrindən ibarətdir.

Göstərilən platformalarda paylaş: