AREA

Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Görünüş

Yaşıl hidrogen istehsalı üzrə İşçi qrupun iclası keçirilib

“Hidrogen istehsalı ilə bağlı konseptual-strateji sənəd layihəsinin hazırlanması” üzrə İşçi Qrupunun növbəti iclası keçirilib.

İşçi qrupun rəhbəri, energetika nazirinin müavini Samir Vəliyevin sədrliyi ilə keçirilən iclasda ölkəmizdə aşağı karbonlu hidrogen istehsalı sahəsində aktual məsələlər müzakirə olunub.

Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev ölkəmizdə yaşıl hidrogen istehsalı üzrə potensial, müxtəlif sənaye sahələrində və nəqliyyat sektorunda hidrogenin tətbiqi, həmçinin yaşıl dəhlizlər vasitəsilə ixrac imkanları barədə iclas iştirakçılarını məlumatlandırıb. Eyni zamanda, müvafiq sahənin inkişafı üçün Hidrogen istehsalı ilə bağlı konseptual-strateji sənədin qısa zamanda yekunlaşdırılmasının əhəmiyyəti qeyd edilib və sənədin təqdimatının COP29 ərəfəsində keçiriləcəyi bildirilib.

Avropa Yenidənqurma və İnkişaf Bankının dəstəyi ilə cəlb edilmiş “Worley Consulting” məsləhətçi şirkətinin nümayəndələri tərəfindən konseptual-strateji sənədin layihəsi təqdim edilib və İşçi qrup üzvlərinin təklifləri nəzərə alınmaqla təkmilləşdirilib.

Göstərilən platformalarda paylaş: