AREA

Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Görünüş

Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin şöbə müdiri Fəqan Abdurəhmanov 2-ci Azərbaycan-Körfəz Əməkdaşlıq Şurası iqtisadi forumunda iştirak edib

  İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi –           AZPROMO-nun təşkilatçılığı ilə Azərbaycan - Körfəz Əməkdaşlıq Şurasına (KƏŞ) üzv ölkələrinin iqtisadi forumu     keçirilib.

Azərbaycanın biznes mühiti, ölkəmizdə həyata keçirilən islahatlar barədə KƏŞ ölklərinin biznes dairələrinin məlumatlandırılması və əməkdaşlığın genişləndirilməsi imkanlarının müzakirə edildiyi forumda iqtisadiyyat nazirinin müavini Anar Axundov, Qətərin Ticarət və Sənaye Nazirliyinin müşaviri Məhəmməd bin Hassan Al Malki, Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurasının (KƏŞ) Baş Katibliyinin İqtisadiyyat və İnkişaf Məsələləri üzrə köməkçisi Xalid Bin Əli Əl Sunaidi, KƏŞ Ticarət Palataları Federasiyasının (FGCCC) sədri Şeyx Faisal Bin Abdulla Al-Ravas, aidiyyəti qurumların rəhbərləri və sahibkarlar iştirak ediblər.

Forumda təşkilata üzv dövlətlərlə Azərbaycan arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğu, qarşılıqlı hörmət və dostluq münasibətlərinin uğurla inkişaf etdiyi diqqətə çatdırılıb, yüksək səviyyəli qarşılıqlı səfərlərin əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.

Bildirilib ki, Körfəz ölkələri ilə əməkdaşlıq Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və investisiya imkanlarının səmərəli reallaşdırılması baxımından önəm kəsb edir. Enerji, ticarət və infrastrukturun inkişafı sahəsində təşəbbüslər regional sabitlik və rifaha əhəmiyyətli töhfə verir. Bu gün Azərbaycan və KƏŞ ölkələri arasında iqtisadi əlaqələr qarşılıqlı maraq əsasında inkişaf edir. 

Tədbir çərçivəsində “Bərpa olunan enerji, təmiz enerji, elektrik və su sahələrində əməkdaşlıq”, “KƏŞ ölkələri ilə Azərbaycan arasında kənd təsərrüfatı, qida təhlükəsizliyi və qida sənayesi sahələrində strateji tərəfdaşlıq” və “Nəqliyyat və logistika sektorlarında çağırışlar və imkanlar” mövzusunda panel sessiyalar təşkil olunub.

İqtisadi forum çərçivəsində təqdimatlar dinlənilib, iş adamları arasında ikitərəfli görüşlər təşkil edilib, əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

   Forumda iştirak edən Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin şöbə müdiri Fəqan Abdurəhmanov panel sessiyasında korfəz ölkələri ilə Azərbaycan arasında əməkdaşlıqda baş verə biləcək çətinliklər və onların həll olunması yolları, iki regionda bərpa olunan enerji mənbələrinin texnologiyalarda innovasiyaların stimullaşdırılması, həmçinin həmin sahə üzrə maarifləndirmə və təhsil ilə bağlı təqdimatla çıxış edib.

Göstərilən platformalarda paylaş: