AREA

Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Görünüş

Energetika naziri Belqradda bir sıra görüşlər keçirib

Energetika naziri Pərviz Şahbazovun Serbiyada bir sıra görüşləri olub.

Serbiyanın Baş nazirinin müavini və ətraf mühitin mühafizəsi naziri İrena Vujoviç ilə görüşdə hər iki ölkənin dövlət başçılarının dostluq və tərəfdaşlıq münasibətlərinin ikitərəfli əlaqələrin bütün sahələrdə, o cümlədən enerji sektorunda inkişafına təkan verdiyi qeyd edilib. Ölkələrimiz arasında enerji əməkdaşlığının hazırkı vəziyyəti yüksək qiymətləndirilib. Bu yaxınlarda Azərbaycanla Serbiya arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair imzalanmış sazişdən bəhs edilib. Serbiya ilə yaşıl enerji sahəsində əməkdaşlığın enerji keçidi və iqlim hədəflərinə töhfə verəcəyi bildirilib. Görüşdə karbon emissiyalarının azaldılması, bu istiqamətdə yeni texnologiyalardan istifadə və COP29 çərçivəsində əməkdaşlıq müzakirə edilib. COP29 Sədrliyinin qlobal təşəbbüslərindən danışılıb və Serbiya Azərbaycan tərəfindən irəli sürülən qlobal vədlərə qoşulmağa dəvət edilib.

Serbiyanın iqtisadiyyat naziri Adrijana Mesaroviç ilə görüşdə isə ikitərəfli əməkdaşlığın inkişafına dair müzakirələr aparılıb. Bu ilin yanvar-avqust aylarında  Azərbaycandan Serbiyaya 32,3 milyon kubmetr qaz tədarük edildiyi, yeni müqavilə ilə qaz təchizatı üzrə əməkdaşlığın genişləndiyi qeyd edilib. Görüşdə Serbiyanın “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nə qoşulması, qaz elektrik stansiyasının tikintisi, xam neftin tədarükü, qaz tranziti üzrə əməkdaşlıq imkanları da nəzərdən keçirilib.  Dekabrda Azərbaycanda keçirilməsi planlaşdırılan Biznes Forumla bağlı da fikir mübadiləsi aparılıb.

Göstərilən platformalarda paylaş: