AREA

Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Görünüş

Bakıda 12-ci Beynəlxalq “Caspian Energy Forum” keçirilib

“Caspian Energy Club” və “Enermus” QSC-nin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili”, “Əsrin müqaviləsi”nin 30 illiyi və “Caspian Energy” brendinin 25-ci il dönümünə həsr olunmuş tədbirlər çərçivəsində 12-ci Beynəlxalq “Caspian Energy Forum” keçirilib. Bu barədə “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev məlumat verib.

“Caspian İnvestment Week” çərçivəsində keçirilmiş forum "Green Energy Transition"; “Əsrin müqaviləsi”nin 30 illiyi – iki dövrün arasında dayanıqlı keçidin təmin olunması; Azərbaycanda istehsal olunan “yaşıl enerji”nin Avropaya dayanıqlı nəqli; Orta Dəhliz üzərində yerləşən ölkələrin “yaşıl iqtisadiyyat”a keçidi; “Yaşıl Qarabağ”; COP29-un çağırışları və Azərbaycanda keçirilməsinin regional əhəmiyyəti; regionda “yaşıl” layihələrə investisiyaların cəlb edilməsi, dövlət və özəl sektorlarda həyata keçirilən “yaşıl” layihələrin və sözügedən sektorda əməkdaşlıq kimi mövzuları əhatə edib.

Açılış nitqi ilə çıxış edən Telman Əliyev 1-ci Beynəlxalq “Caspian Gas Industry Forum” və  12-ci Beynəlxalq “Caspian Energy Forum”un rəsmi tərəfdaşları olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Energetika Nazirliyi və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə foruma göstərdikləri dəstəyə görə dərin minnətdarlığını bildirib və əməkdaşlığın daha da inkişaf edəcəyini vurğulayıb.

“Fürsətdən istifadə edərək, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Umayra Tağıyeva, Azərbaycan Respublikasının Energetika nazirinin müavini  Orxan Zeynalova, COP29-un baş danışıqçısı Yalçın Rəfiyevə 12-ci Beynəlxalq “Caspian Energy Forum”da iştiraklarına görə səmimi qəlbdən təşəkkür edirəm. COP29-a hazırlıq kontekstində biz bərpa olunan enerjiyə keçid, enerji səmərəliliyinin artırılması üçün yeni texnologiyaların tətbiqi və s. bu kimi mövzuları müzakirə edəcəyik. Ümidvaram ki, sizin təcrübəniz və baxışlarınız qlobal iqlim dəyişikliyi məsələsində davamlı inkişafa nail olmağa kömək edəcək”, - Telman Əliyev deyib və əlavə edib ki, forum “yaşıl” enerji layihələrini həyata keçirilməsində maraqlı olan beynəlxalq investorlar üçün işıqlandırmaq məqsədi daşıyır.

"Əsrin müqaviləsi" ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə imzalanıb, bu, həm energetika, həm də digər sektorların sürətli inkişafına güclü təkan verib. Xüsusilə qeyd etmək istərdim ki, çağdaş Azərbaycanın uğurları, regionların inkişaf, 30 ildən sonra Qarabağın azad edilməsi, yəni bu iqtisadi güc məhz 20 sentyabr 1994-cü ildə imzalanmış müqavilə hesabınadır. Həyata keçirilən təbii qaz və "yaşıl enerji" layihələri də başlanğıcını məhz bu müqavilədən götürür”, - Telman Əliyev bildirib və əlavə edib ki, bu gün energetika sahəsində fəaliyyət göstərən neft-qaz şirkətləri artıq "yaşıl enerji"yə keçidi elan edirlər. “Məlumdur ki, Azərbaycan Gürcüstan və Naxçıvan-Türkiyə vasitəsilə Avropaya "yaşıl enerji" nəql edəcək, bu da "Əsrin müqaviləsi"nin imzalanmasının nəticəsidir”.

“Qeyd edim ki, COP29 ölkəmizdə kiçik və orta biznes sektoruna təkan verdi, KOBİA tərəfindən onlar arasında maarifləndirmə işləri aparıldı. Əminəm ki, bunun nəticəsi olaraq həmin şirkətlər iqlim dəyişmələri ilə bağlı tədbirlərin daha geniş şəkildə keçirilməsinə şərait yaradacaqlar”, - Telman Əliyev çıxışında bildirib.

Daha sonra Avropa İttifaqının (Aİ) Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyinin 12-ci Beynəlxalq “Caspian Energy Forum”un iştirakçılarına videomüraciəti dinlənilib. Müraciətdə o, sözügedən tədbirin təkcə Cənubi Qafqaz üçün deyil, həm də Avropa və Mərkəzi Asiya üçün böyük əhəmiyyət kəsb edən bir sıra mövzuların müzakirəsi üçün mühüm platforma rolunu oynadığını bildirib.

Çıxışında Oliver Varxyeli Transxəzər dəhlizin Mərkəzi Asiyadan Avropaya malların çatdırılması üçün mühüm ticarət marşrutuna çevrildiyini qeyd edib. “Son layihələr onu göstərir ki, dəhliz boyunca ticarət həcmi 2030-cu ilə qədər üç dəfə arta bilər” Avropa komissarı bildirib.

12-ci Beynəlxalq “Caspian Energy Forum” sıralarında Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin  dövlət qurumlarının, transmilli şirkətlərin, beynəlxalq maliyyə institutlarının, aparıcı analitik mərkəzlərinin və investisiya şirkətlərinin 500-dən artıq nümayəndəsi yer alıb.  Forumda Azərbaycan Respublikasının Energetika nazirinin müavini Orxan Zeynalov, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Umayra Tağıyeva, COP29 Fəaliyyət Gündəliyinin Qlobal Təşəbbüslər Qrupunun Həmsədri Elmar Məmmədov fəxri qonaq qismində, Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev, SOCAR, Vitse-prezidentinin müavini, Enerji keçidi, Ətraf mühit və dekarbonizasiya Teymur Quliyev, “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov, "Masdar" şirkətinin ölkə üzrə meneceri, "Masdar Azərbaycan" MMC-nin direktoru Murad Sadıxov və "ACWA Power"in biznesin inkişafı üzrə departamentinin rəhbəri Polina Lyubomirova kimi nüfuzlu şəxslər isə spiker qismində iştirak ediblər.

Forumda moderatorluq “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev və “Uniper Global Commodities” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri Rəşad Hüseynli tərəfindən icra edilib.

Göstərilən platformalarda paylaş: