AREA

Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Görünüş

Karyera planlaşdırılmasına dair təlim keçirilib

Energetika Nazirliyində Dövlət İmtahan Mərkəzi ilə əməkdaşlıq çərçivəsində işçilərin fəaliyyətlərinin təkmilləşdirilməsi ilə bağlı "Kadr seçimi və karyera planlaşdırılması" mövzusunda təlim keçirilib.

Dövlət İmtahan Mərkəzinin əməkdaşı Miranə Rüstəmli mövzuya dair təqdimatla çıxış edərək insan resurslarının idarə edilməsinin funksiyaları, kadrlara olan tələbatın planlaşdırılması, vəzifə təlimatlarının hazırlanması qaydaları, işə qəbulun növləri, formaları, daxili və xarici işçi resurslarından istifadənin müsbət və mənfi tərəfləri, ehtiyat kadrların formalaşdırılması, kadr axının səbəbləri, təhlili, kadrların inkişaf planı haqqında ətraflı məlumat verib, aidiyyəti sualları cavablandırıb.

Təlimdə Energetika Nazirliyi və nazirlik yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin 22 əməkdaşı iştirak edib.

Göstərilən platformalarda paylaş: