AREA

Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Görünüş

BOEMDA BMT-nin Avropa İqtisadi Komissiyası (UNECE) tərəfindən keçirilən Dayanıqlı Enerji Həftəsində təmsil olunur

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Hidrogen və yaşıl texnologiyalar şöbəsinin müdiri Rəna Hümbətova 16-20 sentyabr tarixlərində İsveçrənin Cenevrə şəhərində BMT-nin Avropa İqtisadi Komissiyası (UNECE) tərəfindən Dayanıqlı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirdə iştirak edir.

Tədbirin “Bərpa Olunan Enerjidən istifadənin artırılması üzrə təcrübə mübadiləsi” adlı panelində təqdimatla çıxış edən Rəna Hümbətova “Müəyyən Edilmiş Milli Töhfələr” (NDC) sənədinin hazırlamasında bərpa olunan enerjinin rolu, energetika sektorunda yaranan emissiyalar və onların azalma yolları, ölkəmizin 2030-cu ilə qədər bərpa olunan enerji mənbələrinin payının ən azı 30%-ə çatdırılması hədəfi haqqında məlumat verib.

Göstərilən platformalarda paylaş: