Azərbaycanın ilk İkiillik Şəffaflıq Hesabatının (BTR) hazırlanması ilə əlaqədar növbəti seminar sentyabr ayının 10-12 tarixləri arasında keçirilib.
Seminarda energetika, nəqliyyat, kənd təsərrüfatı, meşəçilik, sənaye, tullantıların idarə olunması sahələrinə məsul dövlət qurumlarının nümayəndələri və BTR hazırlanması üzrə İşçi Qrupun üzvləri, həmçinin beynəlxalq məsləhətçilər iştirak edib.
Seminar müddətində BTR hesabatının cari statusu, əldə olunmuş uğurlar, növbəti addımlar, mövcud çətinliklər və onların həll yolları müzakirə edilib.
Eyni zamanda, seminar çərçivəsində BTR hesabatının istixana qazlarının inventarlaşdırılması, Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr (NDC) üzrə nailiyyət, əldə edilmiş dəstək və digər bölmələrin hazırlanması, müvafiq cədvəllərin doldurulması və bununla bağlı metodoloji həllərə dair praktik təlim keçirilib.
Seminarda Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Hidrogen və yaşıl texnologiyalar şöbəsinin müdir müavini Fuad Həsənov iştirak edib.