AREA

Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Görünüş

Hərrac komissiyasının üçüncü iclası keçirilib

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyi ilə həyata keçirilən Qobustan Günəş Elektrik Stansiyası üzrə elan edilmiş hərracda iştirakçılarından daxil olmuş təkliflərə baxılması, ixtisas uyğunluğunun müəyyənləşdirilməsi və hərracın qalibinin seçilməsi məqsədilə yaradılmış hərrac komissiyasının üçüncü iclası keçirilib.

Açılış nitqi ilə çıxış edən Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev ölkəmizdə keçirilən ilk bərpa olunan enerji hərracının prosesi barədə ümumi məlumat verdi, həmçinin layihə çərçivəsində təkliflər sorğusu mərhələsinin tələblərinə uyğun olaraq cari ilin sentyabr ayında hərracın təşkil ediləcəyi əraziyə (Bakı şəhəri, Qaradağ rayonu, Pirsaat qəsəbəsi ərazisində yerləşən 300,77 hektar torpaq sahəsi) hərracda iştirak edəcək şirkətlər ilə birgə sahə səfərinin və layihə ilə bağlı konfransın nəzərdə tutulduğu bildirdi. Cavid Abdullayev konfransda layihə çərçivəsində müzakirələrin aparılması və hərrac komissiyasının üzvləri, o cümlədən məsləhətçi şirkətin nümayəndələri tərəfindən hərrac iştirakçılarını maraqlandıran sualların cavablandırılmasının planlaşdırıldığını iclas iştirakçılarının diqqətinə çatdırdı.

Daha sonra çıxış edən Hərrac komissiyyanın sədri Kamran Hüseynov tərəfindən ölkəmizdə ilk dəfə keçirilən günəş enerjisi üzrə hərrac ilə bağlı ötən iclasdan sonra görülmüş işlərə dair komissiya üzvlərinə ətraflı məlumat verildi.
Belə ki, hərracın ilk mərhələsinin (ixtisas uyğunluğunun müəyyənləşdirilməsi) icra qrafikinə uyğun olaraq uğurla başa çatdığını və 8 şirkətin ixtisas uyğunluğu tələblərinə uyğun hesab edilərək növbəti mərhələyə (təkliflər sorğusu) keçdiyini bir daha iclas iştirakçılarının diqqətinə çatdırdı. Çıxışı zamanı Komissiya sədri təkliflər sorğusu mərhələsi üzrə ötən dövr ərzində şirkətlər tərəfindən layihəyə dair müxtəlif daxil olmuş sorğuların məsləhətçi şirkətin iştirakı ilə cavablandırıldığını vurğuladı.

Görüşdə həmçinin Avropa Yenidənqurma və İnkişaf Bankının və “Synergy” məsləhətçi şirkətinin nümayəndələri tərəfindən təkliflər sorğusu mərhələsi üzrə hərracda iştirak edən şirkətlərə təqdim edilmiş sənədlər və hərracın təşkili üzrə icra qrafikinə dair ətraflı məlumat iclas iştirakçılarının diqqətinə çatdırıldı.

Sonda Komissiya üzvləri tərəfindən layihə çərçivəsində qarşıda duran məsələlərə dair müzakirələr aparıldı.

Göstərilən platformalarda paylaş: