Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (BOEMDA) Hidrogen və yaşıl texnologiyalar şöbəsinin müdiri Rəna Hümbətova Taylandın Banqkok şəhərində keçirilən Asiyanın Aşağı Emissiyalı İnkişaf Strategiyası Tərəfdaşlıq Forumu 2024 tədbirində iştirak edib.
Tədbirin panelində təqdimatla çıxış edən Rəna Hümbətova “Müəyyən Edilmiş Milli Töhfələr” (NDC) sənədinin hazırlamasında bərpa olunan enerjinin rolu, energetika sektorunda yaranan emissiyalar və onların azalma yolları, ölkəmizin 2030-cu ilə qədər bərpa olunan enerji mənbələrinin payının 30%-ə çatdırılması hədəfi haqqında məlumat verib. Eyni zamanda hazırda ölkəmiz tərəfindən hazırlanan 3-cü “Müəyyən Edilmiş Milli Töhfələr” (NDC) sənədində bərpa olunan enerji mənbələri üzrə yeni hədəfin qəbul edilməsi istiqamətində araşdırmalar aparılması, o cümlədən qeyd olunan sahədə qəbul edilmiş strateji sənədlər haqqında məlumatlar tədbir iştirakçılarının diqqətinə çatdırılıb.