AREA

Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Görünüş

Energetika Nazirliyi Mərkəzi Asiya ölkələrinin energetika nazirlərinin birinci iclasında təmsil olunub

Energetika nazirinin müavini Orxan Zeynalovun rəhbərlik etdiyi nümayəndə heyəti Astana şəhərində keçirilən Mərkəzi Asiya ölkələrinin energetika nazirlərinin birinci iclasında, həmçinin Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi layihəsi üzrə üçtərəfli görüşdə iştirak edib.

Hər iki tədbirdə çıxış edən nazir müavini ölkələr arasında tərəfdaşlıq münasibətlərinin inkişaf perspektivləri ilə bağlı dövlət başçılarının siyasi iradələrinin ikitərəfli və çoxtərəfli əməkdaşlığın dərinləşməsi üçün geniş imkanlar açdığını vurğulayıb, COP29 çərçivəsində yaşıl enerji keçidi ilə bağlı qlobal təşəbbüslər və yüksək səviyyəli tədbirlərin planlaşdırıldığını, bu çərçivədə "Mərkəzi Asiya və Azərbaycan Enerji İnvestisiyaları Forumu"nun keçiriləcəyini bildirilib.

Tədbirdə “Azərbaycan-Mərkəzi Asiya-Avropa” yaşıl enerji dəhlizinin yaradılması üzrə görülən işlər və atılacaq növbəti addımlar müzakirə olunub. Üç ölkə arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Sazişin layihəsinin razılaşdırıldığı, layihənin ilkin texniki-iqtisadi əsaslandırması üçün Texniki Tapşırığın təsdiq edildiyi, texniki-iqtisadi əsaslandırmanın hazırlanması üçün İtaliyanın “CESI” şirkətinin seçildiyi və tərəflərin milli enerji şirkətlərinin iştirakı ilə Birgə Müəssisənin yaradılması barədə razılıq əldə edildiyi bildirilib.

Sonda Azərbaycan, Qazaxıstan və Özbəkistan enerji sistemlərinin birləşdirilməsi layihəsi üzrə üçtərəfli görüşün protokolu imzalanıb.

Səfər çərçivəsində Özbəkistanın energetika naziri Jurabek Mirzamahmudov və Qazaxıstanın energetika nazirinin müavini Erlan Akkenjenovla ikitərəfli görüşlər keçirilib.

Göstərilən platformalarda paylaş: