AREA

Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Görünüş

Bərpa olunan enerji mənbələrinə həsr olunmuş təlim keçirilib

ADA Universitetində Energetika Nazirliyinin təşkilatçılığı, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Enerji Təhlükəsizliyi və Xalis Sıfır İdarəsinin dəstəyi ilə Azərbaycanda təmiz enerjiyə keçid mövzusunda təlim keçirilib.

Təlimdə dənizdə külək enerjisi, yaşıl hidrogen istehsalı, istixana effekti yaradan qazların azaldılması, neft və qaz sektorunun dekarbonizasiyası üzrə təqdimatlar nümayiş edilib, Birləşmiş Krallıq tərəfi son dövrlərdə təmiz enerjiyə keçid sahəsində olan təcrübəsini iştirakçılarla bölüşüb. Sual-cavab sessiyasında iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Təlimdə Energetika Nazirliyi, Nazirlik yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, Nazirliyin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi,  eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi, SOCAR, bp, “Azərenerji” ASC və “Azərişıq” ASC-nin nümayəndələri iştirak edib.  

Göstərilən platformalarda paylaş: