Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Direktorlar Şurasının müşavirləri ilə görüşüb.
Görüşdə Azərbaycanda bərpa olunan enerji sahəsinin inkişafı ilə bağlı görülən işlər barədə məlumat verilib, AYİB-in bu layihələrdə iştirakı xatırlanıb. AYİB-lə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrin icra vəziyyəti nəzərdən keçirilib, qarşılıqlı müzakirələr aparılıb.