Rumıniyanın paytaxtı Buxarest şəhərində “Xəzər-Avropa Birliyi Yaşıl Enerji Dəhlizi” layihəsi çərçivəsində Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın enerji şirkətləri arasında keçirilən görüşdə Birgə Müəssisənin yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb.
Müqavilə Azərbaycanın “AzərEnerji” ASC, Gürcüstanın “Gürcüstan Dövlət Elektrik Sistemi”, Rumıniyanın “Transelectrica” və Macarıstanın “MVM” Qrupu arasında imzalanıb. Görüşdə Birgə Müəssisənin yaradılmasına dair texniki və maliyyə məsələləri müzakirə olunub.
Qeyd edək ki, layihənin katibliyi funksiyasını Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi həyata keçirir.