Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyində “Hitachi Energy” şirkətinin nümayəndələri ilə görüş keçirilib.
Görüşdə Azərbaycanda həyata keçirilən bərpa olunan enerji layihələri barədə məlumat verilib, şirkətin layihələrdə iştirakı və bərpa olunan enerjinin şəbəkəyə inteqrasiyası ilə bağlı avadanlıq təchizatı məsələləri müzakirə olunub.