Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində yaşıl texnologiyaların və enerji səmərəliliyi tələblərinin tətbiqi ilə bağlı əlaqələndirmə və monitorinq üzrə İşçi Qrupun tərkibində yaradılmış alt İşçi Qrupun növbəti iclası keçirilib.
İclası giriş sözü ilə açaraq çıxış edən alt İşçi Qrupun rəhbəri, Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev İşçi Qrupun son iclasının qərarları barədə məlumat verib, tapşırıqların qısa zaman ərzində icra edilməsinin vacibliyini qeyd edib.
Aidiyyəti qurumların üzvlərinin iştirakı ilə keçirilən görüşdə icrası nəzərdə tutulan işlər və gündəlikdən irəli gələn digər cari məsələlər müzakirə edilib.