AREA

Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Görünüş

"Azərbaycanda bərpa olunan enerji sektorunun inkişafı" mövzusunda onlayn görüş keçirilib

"Azərbaycanda bərpa olunan enerji sektorunun inkişafı" mövzusunda vebinar keçirilib.

Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Strateji təhlil və proqnozlaşdırma şöbəsinin böyük məsləhətçisi Cavid Babayev tərəfindən iştirakçılara bərpa olunan enerji texnologiyaları, Azərbaycan və dünya üzrə statistik məlumatlar, ölkəmizin iqlim və enerji hədəfləri, qanunvericilik və tənzimləyici mühit, yaşıl enerji zonası və bu ərazilərdə tətbiq olunan texnologiyalar, beynəlxalq təşkilatlar və şirkətlərlə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələr, yaşıl enerjinin ixracı və ilk bərpa olunan enerji hərracı barədə məlumat verilib, suallar cavablandırılıb.

Onlayn görüşdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin və Azərbaycan-Fransız Universitenin (UFAZ) Kəşfiyyatçı Geofiziklər Cəmiyyətinin (SEG), eləcə də Azərbaycan Texniki Universitetinin tələbələri iştirak edib.

Göstərilən platformalarda paylaş: