AREA

Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Görünüş

Hesablama Palatasının nümayəndələrinin “Qaradağ” Günəş Elektrik Stansiyasına səfəri təşkil edilib

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (BOEMDA) təşkilatçılığı ilə Hesablama Palatasının sədrinin müavini Nəsir Sadıqovun rəhbərliyi ilə qurum nümayəndələri 230 MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyasına səfər ediblər.

Nümayəndələr əvvəlcə Qaradağ Günəş Elektrik Stansiyasının ərazisi və fəaliyyəti ilə tanış olublar, onlara layihə ilə bağlı geniş məlumat verilib.

BOEMDA-nın direktoru Cavid Abdullayev qurum nümayəndələrini ölkəmizdə müvafiq sektor üzrə mövcud və gələcək işlər barədə məlumatlandırıb.

Görüş qarşılıqlı müzakirələrlə davam edib, suallar cavablandırılıb.

Göstərilən platformalarda paylaş: