AREA

Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Görünüş

BOEMDA-da Çin şirkətləri ilə görüş keçirilib

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (BOEMDA) direktoru Cavid Abdullayev Çinin “Powerchina Huadong Engineering Corporation” şirkətinin Avrasiya regionu üzrə direktoru Zhu Bo, “China Southern Power Grid” şirkətinin Yaxın Şərq və Mərkəzi Asiya üzrə baş meneceri Moses Jiang və digər nümayəndələr ilə görüşüb.

Görüşdə Azərbaycanın bərpa olunan enerji layihələri üzrə məlumat verilib, Çin şirkətlərinin bu layihələrdə iştirakından danışılıb. Şirkətlərlə akkumlyator batareyalı və hidro tipli enerji saxlanc texnologiyaları istiqamətində əməkdaşlıq imkanları nəzərdən keçirilib və digər mövzularda müzakirələr aparılıb.

Göstərilən platformalarda paylaş: