AREA

Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Görünüş

Bərpa olunan enerji mənbələri üzrə İşçi Qrupun iclası keçirilib

“Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə yaradılmış Komissiyanın İşçi Qrupunun iclası keçirilib.

Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev çıxış edərək Komissiyanın son iclasında qəbul edilmiş qərarların icra vəziyyəti barədə danışıb.

Görüşdə “Xızı-Abşeron” Külək Elektrik Stansiyası layihəsinin icrası ilə bağlı aidiyyəti qurumlarla işlərin sürətləndirilməsi, Komissiyanın növbəti iclasına hazırlıq və digər cari məsələlərə dair müzakirələr aparılıb.

Göstərilən platformalarda paylaş: