AREA

Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Görünüş

“Huawei” şirkətinin regional prezidenti ilə görüş keçirilib

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev Çinin “Huawei” şirkətinin Yaxın Şərq və Mərkəzi Asiya (MECA) regionunun prezidenti Cozef Yaonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Cavid Abdullayev qonaqları salamlayaraq Çin şirkətləri ilə yaşıl enerji sahəsində əməkdaşlıq əlaqələrindən bəhs edib, Azərbaycanın yaşıl enerji strategiyası, cari və gələcək layihələr, hədəflər, ixrac imkanları barədə məlumat verib. Cozef Yao “Huawei” şirkətinin enerji keçidi istiqamətində həyata keçirdiyi layihələr barədə məlumat verib.

Görüşdə bərpa olunan enerji, enerji saxlanc sistemi, enerji doldurma məntəqələri, enerji keçidi, enerji texnologiyaları istiqamətlərində əməkdaşlıq imkanlarının yüksək olduğu qeyd edilib, müzakirələr aparılıb.

Göstərilən platformalarda paylaş: