“Elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələn məsələlərin icrası məqsədilə görüş keçirilib.
Görüş zamanı ölkəmizdə elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin, enerji doldurma məntəqələrinin əhatə dairəsinin genişləndirilməsi və şəbəkəyə qoşulma ilə bağlı texniki məsələlər haqqında fikir mübadiləsi aparılıb, növbəti addımlar müzakirə edilib.
Görüşdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, “Azərenerji” ASC, “Azərişıq” ASC, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi və cəlb edilmiş məsləhətçi şirkətlərin nümayəndələri iştirak edib.