Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (BOEMDA) Hidrogen və yaşıl texnologiyalar şöbəsinin müdir müavini Fuad Həsənov İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin təşkilatçılığı ilə keçirilən, Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Gününə həsr olunmuş “Yaşıl iqtisadiyyata keçidin istehlakçı davranışlarına və istehlak bazarına təsiri: çağırışlar və perspektivlər” Forumunda iştirak edib.
Fuad Həsənov “Yaşıl iqtisadiyyata keçidin istehlakçı davranışlarına və istehlak bazarına təsiri: çağırışlar və perspektivlər” mövzusunda panel müzakirəsində çıxış edərək yaşıl istehlak və onun ətraf mühitdə qorunmasında rolu, eləcə də müvafiq istiqamətdə qəbul edilmiş qanunvericilik aktları, xüsusilə “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Qanundan irəli gələn “Aktiv istehlakçının dəstəklənməsi mexanizminin tətbiqi Qaydaları” haqqında forum iştirakçılarına məlumat verib.
Tədbirdə dövlət qurumlarının nümayəndələri, biznes assosiasiyalarının təmsilçiləri, sahibkarlar və digər maraqlı tərəflər iştirak ediblər.