AREA

Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Görünüş

BOEMDA-nın şöbə müdiri BƏƏ-də keçirilən tədbirdə iştirak edib

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (BOEMDA) Hidrogen və yaşıl texnologiyalar şöbəsinin müdiri Rəna Hümbətova 4-6 mart tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “Orta Şərq və Afrika ölkələrində Xalis Sıfır” (NET ZERO MEA) tədbirində iştirak edib.

Rəna Hümbətova tədbir çərçivəsində təşkil olunan Günəş enerjisi və enerji saxlanc sistemi və Hidrogen sammitlərində çıxış edərək ölkəmizdə yaşıl enerjinin inkişaf planları barədə ətraflı məlumat verib. Günəş enerjisi və enerji saxlanc sistemi sammitində çıxışda Azərbaycanda bərpa olunan enerji mənbələrinin yüksək potensiala malik olduğu, bu istiqamətdə beynəlxalq şirkətlərlə layihələrin həyata keçirildiyi qeyd edilib. BOEMDA-nın şöbə müdiri çıxışında ölkəmizin 2030-cu ilə qədər bərpa olunan enerji mənbələrinin qoyuluş gücünün 30 faizə çatıdırılması hədəfini qeyd edib, bu xüsusda “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın tədbirlər planında yaşıl texnologiyalardan, həmçinin hidrogendən istifadə ilə bağlı mövcud və görüləcək işlər barədə məlumat verib.

Tədbirin ikinci günündə təşkil olunan Hidrogen sammitində dünya üzrə hidrogen texnologiyasının geniş istifadəsi üçün qəbul olunası vacib olan siyasət və milli strategiya, həmçinin təmiz hidrogenin sertifikasiya sxeminin qarşılıqlı tanınmasına dair müzakirələr aparılıb. Azərbaycanın COP28-də irəli sürülən “Bərpa olunan enerji və aşağı karbonlu hidrogen üzrə sertifikasiya sxemlərinin qarşılıqlı tanınması” üzrə Bəyannaməyə qoşulması qeyd edilərək hidrogendən daxili bazarda istifadə və ixracı barədə investorlarla əməkdaşlıq imkanlarının nəzərdən keçirildiyi bildirilib. Sessiya zamanı hidrogendən istifadənin qlobal səviyyədə təşviqi üçün bu sahədə dövlət strategiyaları və proqramların vacibliyi haqqında müzakirələr aparılıb. Eyni zamanda Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyi ilə hazırlanan "Azərbaycan üzrə Aşağı Karbonlu Hidrogen İqtisadiyyatı Bazar Araşdırması" hesabatı barədə məlumat verilib.
 

Göstərilən platformalarda paylaş: