AREA

Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Görünüş

Energetika Nazirliyində IFC və TAQA şirkəti ilə görüşlər keçirilib

Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərin 2-ci iclası çərçivəsində energetika naziri Pərviz Şahbazov Beynəlxalq Maliyyə Korporasiyasının Avropa, Latın Amerikası və Karib hövzəsi üzrə infrastruktur və təbii ehtiyatlar üzrə regional direktoru Çeril Edleson Hanveyin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə enerji sahəsində mövcud əməkdaşlıq, o cümlədən dənizdə külək enerjisindən istifadə sahəsi müzakirə edilib, qarşılıqlı əlaqələrin bundan sonra da uğurla davam etdiriləcəyinə inam ifadə olunub.

TAQA şirkətinin ötürücü və paylayıcı şəbəkələr üzrə icraçı direktoru Omar Əl Haşiminin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə isə elektrik şəbəkəsinin modernləşdirilməsi və enerjinin uzaq məsafələrə ötürülməsi sahəsində əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.

Göstərilən platformalarda paylaş: