AREA

Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Görünüş

Gürcüstanın Enerji İnkişafı Fondu ilə onlayn görüş keçirilib

Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (AREA) direktor müavini Kamran Hüseynov və Gürcüstanın Enerji İnkişafı Fondunun (GEDF) direktoru Caba Xmaladzenin iştirakı ilə onlayn görüş keçirilib.

AREA-nın direktoru Kamran Hüseynov Dövlət Agentliyinin fəaliyyət istiqamətləri, dövlət-özəl tərəfdaşlığı çərçivəsində investorların cəlbi, xarici və yerli şirkətlərlə əməkdaşlıq, mövcud və gələcək layihələr, yaşıl enerji güclərinin şəbəkəyə qoşulması, yaşıl enerjinin ixracı imkanları barədə məlumat verib. Qarşı tərəf Fondun dövlət-özəl tərəfdaşlığı çərçivəsində Gürcüstandakı layihələrdə iştirakı, yaşıl enerji təchizatında istehsalçıların və alıcıların fəaliyyəti barədə məlumat verib. 

Görüşdə ölkələr arasında bərpa olunan enerji sahəsində mümkün əməkdaşlıq imkanları nəzərdən keçirilib, müvafiq sahəyə investorların cəlb edilməsi üzrə qarşılıqlı bilik və təcrübə mübadiləsi, “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsi çərçivəsində mövcud əməkdaşlıqdan irəli gələn məsələlər müzakirə edilib.

Göstərilən platformalarda paylaş: