Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (AREA) Hidrogen və yaşıl texnologiyalar şöbəsinin müdiri Rəna Hümbətova COP 28 çərçivəsində OPEC Fondu tərəfindən təşkil olunan "Mərkəzi Asiyada enerji keçidi: Özbəkistan və Azərbaycan" mövzusundakı panel müzakirələrində iştirak edib.
Rəna Hümbətova çıxışında Azərbaycanda mövcud və planlaşdırılan bərpa olunan enerji layihələri, layihələrin inkişafı üçün maliyyə institutlarının texniki dəstəyi, enerji keçidi, yaşıl enerji ixracı və digər məsələlərlə bağlı danışıb.
Müzakirələrdə Asiya İnkişaf Bankı (ADB), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), OPEC Fondu və ACWA Power şirkətinin nümayəndələri iştirak edib.