AREA

Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Görünüş

AREA-nın şöbə müdirinin müavini SPECA İqtisadi Forumunda çıxış edib

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (AREA) şöbə müdirinin müavini Cəbrayıl Əliyev Bakıda keçirilən SPECA həftəsi çərçivəsində “SPECA 2023 İqtisadi Forumu”nun “Enerji bağlantısı və dayanıqlı enerji sistemlərinə keçid” adlı 3-cü sessiyasında çıxış edib.

Cəbrayıl Əliyev çıxışında Azərbaycanın bərpa olunan enerji mənbələrinin potensialı və inkişafı, bu istiqamətdə xarici investorlarla imzalanan müqavilələr barədə məlumat verib.

Çıxışda həmçinin ölkəmizdə icra edilən pilot layihələr, “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” və Mərkəzi Asiya ölkələrindən Azərbaycan vasitəsilə Avropaya enerji ixracı imkanlarının olduğu diqqətə çatdırılıb.

Göstərilən platformalarda paylaş: