Energetika Nazirliyində “ADA Universiteti 2024-2025-ci tədris ili üçün magistratura proqramlarına qəbul” qaydalarına dair məlumatlandırma tədbiri keçirilib. Tədbirdə ADA Universitetinin Tələbə Qəbulu şöbəsinin əməkdaşı Günel Muxtarova təqdimatla çıxış edib. Təqdimat zamanı ADA Universitetində təhsilin formatı, beynəlxalq universitetlərlə əməkdaşlıq, son dövrlərdə yaradılmış yeni ixtisaslar, ikili diplom proqramları, universitetin təqaüdləri, dövlət proqramı çərçivəsində sosial gözəştlər edilmiş ixtisaslar, xaricdə təhsil imkanları və Universitetin verdiyi digər üstünlüklər barədə iştirakçılara ətraflı məlumat verilib, əməkdaşları maraqlandıran suallar cavablandırılıb.
Tədbirdə Energetika Nazirliyinin Aparatı, nazirlik yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi və nazirliyin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin 17 əməkdaşı iştirak edib.