AREA

Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Görünüş

“Kargüzarlıq və elektron sənəd dövriyyəsi sistemləri” mövzusunda təlim keçirilib

Energetika Nazirliyində Dövlət İmtahan Mərkəzi ilə birgə əməkdaşlıq çərçivəsində növbəti təlim “Kargüzarlıq və elektron sənəd  dövriyyəsi sistemləri” mövzusunda təşkil olunub. Dövlət  qulluqçularının peşə bacarıqlarının təkmilləşdirilməsi məqsədi ilə keçirilən təlimdə DİM-in İctimaiyyətlə əlaqələr və kargüzarlıq departamentinin müdiri Nigar Hüseynova-Didavari və böyük məsləhətçisi Günel Həsənova təqdimatla çıxış ediblər.

Təlimdə sənədlərin hazırlanması, razılaşdırılması, vizalanması, rəsmiləşdirilməsi, qərarların və sərəncam tipli sənədlərin tərtib olunması, vətəndaş müraciətlərinə baxılması qaydası, müraciətin baxılmamış saxlanıldığı hallar, təşkilat müraciətlərinin düzgün cavablandırılması qaydası, eyni zamanda sənədlərin elektron sənəd dövriyyəsi sistemi vasitəsilə hərəkəti və s. barədə ətraflı məlumat verilib. Mövzu ilə əlaqədar iştirakçıların sualları cavablandırılıb.

Təlimdə Energetika Nazirliyinin Aparatı, nazirlik yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi və nazirliyin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin 31 əməkdaşı iştirak edib.

Göstərilən platformalarda paylaş: