Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (AREA) direktoru Cavid Abdullayev və direktor müavini Kamran Hüseynov “Naxçıvan – Yaşıl Enerji Zonası” Beynəlxalq Konfransının sessiyalarında iştirak edib.
AREA-nın direktoru Cavid Abdullayevin moderator olduğu “Enerji keçidinə şirkətlərin baxışı və töhfəsi” sessiyasında şirkətlərin bərpa olunan enerji layihələrində iştirakı və əməkdaşlıq imkanları, Muxtar Respublikanın yaşıl enerji zonasına çevrilməsi istiqamətində məsləhətçi şirkətlərin cəlbi, yaşıl enerjinin ixracı potensialı və imkanları və digər məsələlər barədə müzakirələr aparılıb.
AREA-nın direktor müavini Kamran Hüseynovun moderatorluğu ilə keçirilən “Naxçıvan “yaşil enerji” zonasi kimi: potensial imkanlar və layihələr” sessiyasında Naxçıvanda mövcud və gələcək bərpa olunan enerji layihələrinin inkişafı və ixrac imkanları müzakirə olunub.
Sessiyalarda SOCAR, BOTAŞ, TPAO, “Azərenerji” ASC, TEİAŞ “ACWA Power”, “TotalEnergies”, “bp”, “Masdar”, “China Gezhouba Group Overseas Investment” və “Nobel Energy” və digər şirkətlərin səlahiyyətli nümayəndələrinin çıxışları dinlənilib.