Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi (AREA) Azərbaycan-Türkiyə III Enerji Forumu və “Naxçıvan - Yaşıl Enerji Zonası” Beynəlxalq Konfransında sənədlər imzalayıb.
AREA və Çexiyanın “A-Z Czech Engineering” MMC arasında "Azərbaycan Respublikası ərazisində bərpa olunan enerji mənbələri üzrə layihələrin icrası, həmçinin Naxçıvan Muxtar Respublikasında gücü 500 MVt-a qədər olan günəş elektrik stansiyasının tikintisi, eləcə də elektrik enerjisinin Türkiyəyə ixracı üçün ötürücü şəbəkənin qurulması imkanlarının araşdırılması üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu" imzalanıb. Sənəd AREA-nın direktoru Cavid Abdullayev və “A-Z Czech Engineering”-in baş direktoru Milan Pavlicek tərəfindən imzalanıb.
AREA və Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti arasında "200 MVt quruda külək enerjisi və Batareya Enerji Saxlanc Sistemi layihələrinin dəyərləndirilməsi və icrası üzrə Yol Xəritəsi"ni direktor Cavid Abdullayev və "ACWA Power" şirkətinin Azərbaycan və Türkiyə üzrə baş direktoru Selin Güven imzalayıb.