Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (AREA) direktoru Cavid Abdullayev Çinin “China Gezhouba Group Overseas Investment” şirkətinin ölkə üzrə rəhbəri Shanxiang Vu ilə görüşüb.
Görüşdə bərpa olunan enerji sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib, şirkətlə imzalanan Anlaşma Memorandumundan irəli gələn məsələlər müzakirə olunub.