AREA

Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Görünüş

Əlaqələndirmə və monitorinq üzrə alt İşçi Qrupun növbəti iclası keçirilib

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində yaşıl texnologiyaların və enerji səmərəliliyi tələblərinin tətbiqi ilə bağlı əlaqələndirmə və monitorinq üzrə İşçi Qrupun tərkibində yaradılmış alt İşçi Qrupun 6-cı iclası keçirilib.

İclası giriş sözü ilə açaraq çıxış edən alt İşçi Qrupun rəhbəri, Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev cari dövr ərzində görülmüş işlərə dair hesabatı diqqətə çatdırıb. İşçi Qrupun ötən iclasının qərarlarının icrası barədə məlumat verilib.

İclas zamanı işğaldan azad edilmiş ərazilərdə yaşıl texnologiyaların və enerji səmərəliliyinin tətbiqi üzrə monitorinqin aparılmasına dair hesabat təqdim olunub. Həmçinin alt İşçi Qrupun fəaliyyətindən irəli gələn cari məsələlər müzakirə edilib.

İclasda alt İşçi Qrupun üzvləri və Yaponiyanın “TEPSCO” şirkətinin nümayəndələri iştirak ediblər.

Göstərilən platformalarda paylaş: