Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (AREA) direktoru Cavid Abdullayev Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi, dosent Vazeh Əskərov ilə görüşüb.
Görüşdə ADNSU-nun Vorvik Universiteti ilə birgə “Bərpa olunan enerji mənbələri” ixtisası üzrə ikili diplom proqramı həmçinin proqram çərçivəsində yaradılacaq “Renewable energy didactic laboratory” layihəsi barədə məlumat verilib. Bildirilib ki, layihənin məqsədi Azərbaycan enerji keçidi prosesinə dəstək verməkdir.
Müzakirələr zamanı həmçinin, tələbələrə bərpa olunan enerji texnologiyaları, bərpa olunan enerji sistemlərinin praktiki sınaqları, dizaynı və təhlili vasitəsilə praktiki bacarıqların inkişafı, bərpa olunan enerji sahəsində tədqiqat və innovasiyaları təşviq etmək kimi vacib məsələrdən bəhs olunub, birlikdə görüləcək işlərlə bağlı konket hədəflər müəyyən olunub.
Görüşdə AREA ilə ADNSU arasında əməkdaşlıqdan irəli gələn bir sıra digər məsələlər də müzakirə olunub.
AREA-nın direktoru Cavid Abdullayev kompüter otaqlarını və laboratoriyaları gəzərək universitetlə daha yaxından tanış olub.