Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (AREA) direktor müavini Aygün Zeynalova Fransanın Milli Dövlət Xidməti İnstitutu tərəfindən 26-29 iyun tarixlərində xarici dövlət məmurları və rəsmiləri üçün keçirilən təlimdə iştirak edib.
“İqlim, enerji, ətraf mühit: Avropa Birliyinin tənzimləyici yanaşması” mövzusunda keçirilən təlimin məqsədi iştirakçıları Avropa Birliyinin ətraf mühit siyasətinin xüsusiyyətləri ilə tanış etmək və bu siyasətin üzv dövlətlərə və tərəfdaşlara təsirini təhlil etmək olub.