AREA

Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Görünüş

Bakı Mühəndislik Universiteti ilə əməkdaşlıq haqqında razılaşma imzalanıb

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi (AREA) ilə Bakı Mühəndislik Universiteti (BMU) arasında əməkdaşlıq haqqında razılaşma imzalanıb. Sənəd AREA-nın direktoru Cavid Abdullayev və BMU-nun rektoru Havar Məmmədov tərəfindən imzalanıb.

İmzalanma mərasimində çıxış edən AREA-nın direktoru Cavid Abdullayev bərpa olunan enerji mənbələrindən istifadənin əhəmiyyətini, ölkəmizdə bu sahədə görülən işləri və kadr potensialının inkişafının prioritet məsələlərdən olduğunu diqqətə çatdırıb.

Razılaşmanın məqsədi energetika, elektronika və avtomatika yönümlü ixtisaslar üzrə mütəxəssis hazırlığında birgə əməkdaşlıq etməkdir. Sənədə əsasən, energetika və avtomatika yönümlü ixtisaslar və ixtisaslaşmalar üzrə təhsilalanlar üçün istehsalat təcrübələri təşkil ediləcək. Mühəndis kadrlarının hazırlanması sahəsində əməkdaşlığı hədəfləyən razılaşma elmi-tədqiqat işlərinə, kitabxana-informasiya sisteminin zənginləşdirilməsinə dəstək, mütəxəssislər tərəfindən mühazirələrin təqdimatı və s. kimi bir çox əməkdaşlıq istiqamətlərini özündə ehtiva edir.
 

Göstərilən platformalarda paylaş: