Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (AREA) əməkdaşlarına “MDB-nin əməkdar energetiki” vəsiqə və medalları təqdim olunub.
Direktor müavini Aygün Zeynalova ölkəmizdə energetika sahəsində həyata keçirilən islahatlar, bərpa olunan enerjinin inkişafı sahəsində atılan addımlar barədə danışıb. AREA-nın Layihələrlə iş və hüquq şöbəsinin müdir müavini Cəbrayıl Əliyev, Kadr və kargüzarlıq sektorunun müdiri Zibeydə Süleymanlı və AREA-nın tabeliyindəki “Azalternativenerji” MMC-nin sədri Madar Quliyev “MDB-nin əməkdar energetiki” fəxri adları və medalları ilə təltif olunublar.
Aygün Zeynalova əməkdaşları fəxri ada layiq görülmələri münasibəti ilə təbrik edib və fəaliyyətlərində uğurlar arzulayıb.