Energetika Nazirliyi və Dövlət İmtahan Mərkəzi arasında mövcud əməkdaşlıq çərçivəsində dövlət qulluqçularının peşə bacarıqlarının təkmilləşdirilməsi məqsədilə silsilə təlimlərin keçirilməsi davam edir.
Növbəti təlim 9 iyun tarixində “Karyeranın planlaşdırılması və şəxsi inkişaf” mövzusunda təşkil edilib.
Dövlət İmtahan Mərkəzinin Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamentinin aparıcı məsləhətçisi Gündüz Əhmədlinin iştirakı ilə keçirilən təlimdə karyeranın planlaşdırılmasına dair təqdimat dinlənilib, karyera anlayışı, iş və karyera arasında fərqlər, planlaşdırmanın əhatə etdiyi proseslər, motivasiyanın şəxsi inkişafa təsiri, dövlət qulluğunda irəliləmə, dövlət qulluqçusunun xidməti fəaliyyət sahəsində inkişaf planının təşkili, mərhələləri, bu istiqamətdə məqsəd və prinsiplər, həmçinin digər məsələlərlə bağlı ətraflı məlumat verilib.
Qarşılıqlı dialoq formatında keçən təlimdə situasiya mühakimə tipli testlər iştirakçılarla birgə müzakirə olunub və onları maraqlandıran suallar cavablandırılıb.
Təlimdə Energetika Nazirliyi, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi və Enerji Məsələlərini Tənzimləmə Agentliyinin 31 əməkdaşı iştirak edib.