AREA

Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Görünüş

Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəsi ilə görüş keçirilib

“Bakı Enerji Həftəsi”nin Naxçıvan Muxtar Respublikasında keçirilən xüsusi sessiyası çərçivəsində energetika naziri Pərviz Şahbazov və onun rəhbərlik etdiyi nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin Naxçıvan şəhərində ucaldılmış abidəsini ziyarət ediblər və önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər.
Sonra nümayəndə heyəti Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüşüb. Görüşdə Naxçıvanın enerji təchizatının hazırkı vəziyyəti, Muxtar Respublikanın yaşıl enerji zonasına çevrilməsi istiqamətində görüləcək işlər, qarşıya qoyulmuş hədəflər və gələcək perspektivlər ətrafında fikir mübadiləsi aparılıb. 

Göstərilən platformalarda paylaş: