AREA

Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Görünüş

“Dayanıqlı şəhərlər və binalar” mövzusunda növbəti vebinar keçirilib

Azərbaycan-Türkiyə Enerji Forumu çərçivəsində fəaliyyət göstərən “Bərpa olunan enerjidən istifadə” üzrə İşçi Qrupun təşəbbüsü ilə “Dayanıqlı şəhərlər və binalar” mövzusunda növbəti vebinar keçirilib.

Vebinarda Bursa Böyükşəhər bələdiyyəsinin rəsmisi, Bursa Texniki Universitetinin doktorantı Yıldız Odaman Cindoruk tərəfindən dayanıqlı şəhərlər və onların xüsusiyyətləri, BMT-nin “Dayanıqlı şəhərlər və icmalar” məqsədi, qlobal iqlim dəyişikliyi və bu xüsusda Türkiyədə görülən tədbirlər, yaşıl enerjidən istifadə, karbon qazı emissiyalarının azaldılması tədbirləri və digər məsələlərlə bağlı məlumat verilib. Qarşılıqlı müzakirələr əsasında baş tutan vebinarda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.

Vebinarda Energetika Nazirliyi, yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi, “Azərenerji” ASC və “Azərişıq” ASC-nin əməkdaşları iştirak edib.

 

Göstərilən platformalarda paylaş: