AREA

Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Görünüş

Qobustan qəsəbəsində ağacəkmə aksiyası keçirilib

Energetika Nazirliyi, nazirlik yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi və “Masdar” şirkətinin əməkdaşları tərəfindən Qaradağ rayonunun Qobustan qəsəbəsində ağacəkmə aksiyası keçirilib.

Aksiyada 500 ağac əkilib, abadlıq işləri aparılıb. Məqsədi ətraf mühitin qorunması və yaşıllıqların artırılmasına töhfə vermək olan aksiya “Masdar” şirkətinin 230 MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyası layihəsi ilə əlaqədar korporativ sosial məsuliyyət tədbirləri çərçivəsində reallaşdırılıb.

Qeyd edək ki, hazırda “Masdar” şirkəti ilə 220 milyon ABŞ dollarından çox investesiya hesabına Qaradağ GES-in inşası üzrə əməkdaşlıq davam edir. Stansiyanın cari ilin sonunadək istismara verilməsi gözlənilir.

Göstərilən platformalarda paylaş: