AREA

Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Görünüş

AREA-nın direktoru Polşa səfiri ilə görüşüb

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (AREA) direktoru Cavid Abdullayev Polşa Respublikasının fövqəladə və səlahiyyətli səfiri Rafal Poborski ilə görüşüb.

Cavid Abdullayev Azərbaycanla Polşa arasında əlaqələrin müxtəlif sahələrdə uğurla davam etdiyi qeyd edib. Azərbaycanın yüksək bərpa olunan enerji potensialının olduğu və bu istiqamətdə meqalayihələrin həyata keçirildiyini bildirib.

Görüşdə işğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerji sahəsi üzrə görüləcək işlər barədə məlumat verilib. Polşa şirkətlərinin bu layihələrdə iştirakı və əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Səfir bərpa olunan enerji sahəsində Polşanın təcrübəsini və təkliflərini AREA ilə bölüşməyə hazır olduğunu qeyd edib.

Göstərilən platformalarda paylaş: