AREA

Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Görünüş

Rumıniyanın hökumət və parlament nümayəndələri ilə görüş keçirilib

Energetika Nazirliyində Rumıniya Hökumətinin Baş katibi Marian Neacșunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Qonaqları salamlayan nazir müavini Samir Vəliyev Azərbaycan və Rumıniya arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsində olduğunu bildirib və enerji sahəsində gündəliyin geniş olduğunu vurğulayıb. Təbii qaz, elektrik enerjisi, xüsusilə bərpa olunan enerji səhəsində əməkdaşlıq imkanları barədə danışıb.

Ötən ilin dekabrında Buxarestdə imzalanmış “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası məqsədilə 4 ölkənin nazirləri arasında baş tutmuş ilk iclasda qəbul edilmiş qərarlardan irəli gələn məsələlər nəzərdən keçirilib, yaşıl enerjinin Azərbaycandan Qara dəniz vasitəsilə Avropaya tranziti məsələləri ətrafında müzakirələr aparılıb.

Ənənəvi və bərpa olunan enerji sahəsi ilə yanaşı, enerji səmərəliliyi və enerji məsələlərinin tənzimləməsi kimi istiqamətlərdə də əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti qeyd edilib.

Görüşdə Energetika Nazirliyi,  nazirlik yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, nazirliyin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi, “Azərenerji” ASC və “Azərişıq” ASC-nin nümayəndləri iştirak ediblər.

Göstərilən platformalarda paylaş: