AREA

Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Görünüş

AREA-nın yeni loqosu təqdim edilib

Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (AREA) yeni loqosu təqdim edilib.

Loqo konsentrik çevrələr və yarımçevrələr üzərində yerləşən külək turbini təsvirindən ibarətdir. Çevrələr enerjinin yayılmasını, külək turbini isə “yaşıl enerji” növlərindən biri hesab olunan külək enerjisini tərənnüm edir. Yenilənməyin rəmzi olan çevrənin sonu və başlanğıcı olmadığı kimi, bərpa olunan enerji də tükənməzdir, daim yenilənir və təbiətdəki balansı qoruyur.

Loqonun əsas rəngləri qara və yaşıldır. Qara rəng gücü, yaşıl rəng isə ekoloji təmiz bərpa olunan enerjini əks etdirir.

Göstərilən platformalarda paylaş: