AREA

Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Görünüş

AzTU-nun tələbələri ilə görüş keçirilib

Energetika Nazirliyi, tabeliyindəki Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) və nazirlik yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (BOEMDA) nümayəndələri ilə Azərbaycan Texniki Universitetinin (AzTU) tələbə və müəllim heyəti arasında onlayn görüş keçirilib. Görüşün əsas məqsədi tələbələr üçün enerji sahəsində informasiyanın əlçatanlığını təmin etmək və onlara faydalı olacaq məlumatları paylaşmaq olub.

Görüşdə qurumların əsas fəaliyyət istiqamətləri, energetika, enerji tənzimləmə və “yaşıl enerji” sahəsində həyata keçirilən tədbirlər və yeniliklər barədə tələbələrə ətraflı məlumat verilib. Eyni zamanda, qurumların rəsmi internet səhifələrində yer alan məlumatlar tələbələrin diqqətinə çatdırılıb. İş və təcrübə imkanları, işə qəbul qaydaları ilə bağlı məlumatlar tələbələrlə bölüşülüb.

Görüş müəllim və tələbələri maraqlandıran sualların cavablandırılması ilə başa çatıb.

Göstərilən platformalarda paylaş: