AREA

Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Görünüş

“Bərpa olunan enerjidən istifadə və enerji səmərəliliyi” üzrə İşçi Qrupun görüşü keçirilib

Azərbaycan-Türkiyə 2-ci Enerji Forumu çərçivəsində “Bərpa olunan enerjidən istifadə və enerji səmərəliliyi” üzrə İşçi Qrupun görüşü keçirilib.

Görüşdə İşçi Qrupun həmsədrləri - Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Mustafa Çalışkan, Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin şöbə müdirinin müavini Cəbrayıl Əliyev və hər iki ölkənin aidiyyəti qurumlarından olan mütəxəssislər iştirak ediblər.

Görüş zamanı bərpa olunan enerji sahəsində investisiya imkanları, işğaldan azad olunmuş ərazilərdə “yaşıl enerji zonası”nın tətbiqi ilə bağlı Türkiyə təcrübəsi və enerji səmərəliliyi ilə bağlı müzakirələr aparılıb.

Göstərilən platformalarda paylaş: