AREA

Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Görünüş

Energetika naziri Şotlandiyanın "yaşıl" enerji təcrübəsi ilə tanış olub

Energetika naziri Pərviz Şahbazov Böyük Britaniyaya səfər çərçivəsində Şotlandiyanın liman şəhəri Aberdində olub. Nazir dünyanın ən böyük üzən külək elektrik stansiyası -Kinkardinə baş çəkib. Suyun 60 metrdən 80 metrədək dərinliyində yerləşən 50 MVt gücə malik stansiyanın fəaliyyəti ilə tanış olub.

Energetika naziri Pərviz Şahbazov  Şotlandiyanın "xalis sıfır", enerji və nəqliyyat naziri Michael Matheson ilə də görüşüb. Görüşdə  neft-qaz məkanı kimi Şotlandiyanın enerjidə inkişaf yolu nəzərdən keçirilib, enerji keçidinə dair məsələlər müzakirə edilib. Nazir, həmçinin Aberdində keçirilən Enerji İxracı Konfransı çərçivəsində  təşkil olunmuş bərpa olunan enerji üzrə sərgiyə də baxış keçirib.

Göstərilən platformalarda paylaş: