Azərbaycan Respublikası Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini Təbriz Əmmayev Bakı Enerji Həftəsi çərçivəsində əvvəllər Xəzər Neft və Qaz Konfransı adı ilə tanınan Bakı Enerji Forumunda “Xalis Sıfır Emissiyaya doğru” adlı paneldə çıxış edib.
Təbriz Əmmayev çıxışında Azərbaycanın bərpa olunan enerji mənbələri potensialından, həyata keçirilən və planlaşdırılan işlərdən danışaraq bildirib ki, 2030-cu ilə qədər ölkənin ümumi enerji balansında bərpa olunan enerji üzrə qoyuluş gücünün 30%-ə çatdırılması planlaşdırılır. İşğaldan azad edilən ərazilərin yaşıl enerji zonası olmasının nəzərdə tutulduğunu bildirən direktor müavink yaşıl enerjinim ölkənin milli prioritetlərindən biri elan edildiyini diqqətə çatdırıb.
Qeyd edək ki, Iteca Caspian LLC Official-ın təşkilatçılığı Azərbaycan Respublikası Energetika Nazirliyi və SOCAR-ın rəsmi dəstəyi ilə keçirilən Bakı Enerji Həftəsi 3 layihəni - 27-ci Beynəlxalq Xəzər Neft və Qaz, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Bərpa Olunan Enerji sərgilərini və əvvəllər Xəzər Neft və Qaz Konfransı adı ilə tanınan Bakı Enerji Forumunu ehtiva edir. Bakı Ekspo Mərkəzi-də keçirilən sərgidə dünyanın 30 müxtəlif ölkəsindən 250-yə yaxın şirkət təmsil olunub.