AREA

Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Görünüş

Asiya İnkişaf Bankının (AİB) təşkilatçılığı ilə “Yaşıl Bərpaya Diqqət – Azərbaycan üçün İnnovativ və İnklüziv Yaşıl Maliyyə Strategiyaları” adlı tədbir keçirilib.

Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini Təbriz Əmmayev  “Yaşıl Bərpaya Diqqət – Azərbaycan üçün İnnovativ və İnklüziv Yaşıl Maliyyə Strategiyaları” adlı tədbirdə çıxış edib.

Azərbaycanın pandemiyadan sonrakı bərpasında innovasiya və yaşıl maliyyənin rolunu araşdırmaq məqsədilə keçirilən forumda istixana qazı emissiyalarını azaldacaq layihələr vasitəsilə davamlı gələcəyin yaradılması ilə bağlı müzakirələr edilib. Eyni zamanda, iştirakçılar yaşıl istiqrazlar və kreditlər vasitəsilə maliyyələşdirmə strategiyaları barədə fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, Asiya İnkişaf Bankının (AİB) təşkilatçılığı ilə keçirilən forumda yerli və beynəlxalq biznes qurumları, özəl sektor qurumları, maliyyə institutları və hökumətin nümayəndələri iştirak edib.

Göstərilən platformalarda paylaş: